Rusiya prezidenti Vladimir Putin fərmanla Ukraynadan olan hücumlardan əziyyət çəkən uşaqlı ailələrə dəstək üçün yeni tədbirlər tətbiq edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb .
Beləliklə, bir uşaq Rusiya Federasiyasının yeni bölgələrində və ya xüsusi hərbi əməliyyat (SVO) zonasına yaxın olan digər ərazilərdə yaralanırsa , ailə 100 min rubl birdəfəlik ödəniş alacaq.
Həmçinin Rusiyanın regionlarına zərər çəkmiş ailələrə dəstək üçün əlavə tədbirlər tətbiq etmək tövsiyə olunub.