Rusiyada hərbi xidmətə çağırış yaşı 27-dən 30-a qaldırıldığı halda, bu şəxslərin xaricə getməsi qadağan edilib.
NOCOMMENT.az xəbər verir ki, Rusiya Prezident Vladimir Putin ölkəsində və Federal Milli Mühafizə Xidmətində (Rosqvardiya) hərbi xidmətə çağırış prosesi ilə bağlı bir sıra qərarları təsdiqləyib.
Müvafiq olaraq, hərbi xidmətə çağırış yaşı 27-dən 30-a qaldırılıb, 18-30 yaşlı vətəndaşlar isə artıq Rusiyada hərbi xidmətə çağırıla bilərlər. Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Putinin təsdiq etdiyi digər qərarlara görə, Rusiyada çağırışçıların xaricə getməsi qadağandır, Rosqvardiya isə bundan sonra ağır hərbi texnika əldə edib istifadə edə biləcək.
Bundan əlavə, Rusiya Fövqəladə Hallar Nazirliyi və müxtəlif təhlükəsizlik bölmələrinə pilotsuz uçuş aparatlarını vurmaq səlahiyyəti verilib.