Rusiyada Van soyadlı əcnəbi casusluq ittihamı ilə həbs edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti məhkəmə materiallarına istinadla xəbər yayıb.
İş “tamamilə gizli” kimi işarələndiyindən saxlanılan şəxsin vətəndaşlığı və ittihamın dəqiq detalları hələ açıqlanmır.
Lefortovo Məhkəməsinin məlumatında qeyd olunur: “Van YU.Ç.-nin həbs müddətinin uzadılması üçün məhkəməyə ərizə daxil edilib”.
Ona casusluq maddəsi üzrə ittiham verilib və bu maddə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.