Rusiyada casusluq ittihamı ilə saxlanılan Fransa vətəndaşının işində bəzi detallar məlum olubbackend

Rusiyada casusluq ittihamı ilə saxlanılan Fransa vətəndaşının işində bəzi detallar məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada casusluq ittihamı ilə saxlanılan Fransa vətəndaşının işi ilə bağlı bəzi detallar məlum olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti bu ilin iyun ayında saxlanılan Fransa vətəndaşı Loran Vinatyenin ekspertlər və hökumət rəsmiləri ilə əlaqə quraraq Rusiyanın hərbi fəaliyyəti haqqında məlumat topladığını açıqlayıb.

Qurumdan bildirilib ki, bu məlumat xarici kəşfiyyat xidmətləri tərəfindən Rusiya Federasiyasının təhlükəsizliyinə zərər vurmaq üçün istifadə edilə bilər.

Qeyd edək ki, Vinatier iyunun 6-da həbs edilib. Onun günahını etiraf etdiyi bildirilib.