Rusiyada əmək miqrantlarının ölkədə qalma müddəti məhdudlaşdırıla bilərbackend

Rusiyada əmək miqrantlarının ölkədə qalma müddəti məhdudlaşdırıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi miqrantlarla əmək müqaviləsi müddətinin iki ilə qədər məhdudlaşdırılmasını təklif edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

“Təcrübə göstərir ki, bu, mütəxəssisin işə götürüldüyü layihələri başa çatdırmaq üçün kifayət qədər vaxtdır”, – nazirliyin açıqlamasında qeyd olunur.

Əmək Nazirliyinin “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” Federal Qanununa dəyişikliklər edilməsi haqqında” qanun layihəsi artıq Dövlət Dumasının Əmək və Sosial Siyasət Komitəsi tərəfindən təsdiqlənib.

Qeyd olunur ki, miqrantlar təcili işlədikləri layihələri başa vurduqdan sonra müəyyən müddətdən sonra ölkəni tərk etmələri tələb olunacaq.