Rusiyada erməni təxribatının qarşısı alındıbackend

Rusiyada erməni təxribatının qarşısı alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın Rusiyaya “işgüzar səfər” etməsi və bu ölkənin siyasi dairələri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı Səfirlik tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müraciət olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya tərəfi bildirir ki, sözügedən səfər şəxsi xarakter daşıyır, qeyri-rəsmi qəbul edilir və adıçəkilən şəxslə heç bir siyasi məsləhətləşmələr aparılmayıb.

Səfirlik qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribatdır və məqsədi ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır.
Modern