Rusiyada etiraz aksiyaları başladı – Navalnıya AZADLIQbackend

Rusiyada etiraz aksiyaları başladı – Navalnıya AZADLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Aleksey Navalnının azad edilməsi tələbi ilə etiraz aksiyalarına start verilib.

NOCOMMENT.az xəbər verir ki, aksiyalar Xabarovsk vilayətində başlayıb. Aksiya iştirakçıları “Lənət olsun çar!” şüarları səsləndiriblər. Xabarovskda etirazlara 1000 nəfərin qatıldığı bildirilib.

Etiraz aksiyalarında artıq həbslərin olduğu vurğulanıb. Belə ki, OMON etirazçılara qarşı güc tətbiq edib. Hələlik OMON-un saxladığı şəxslərin 10-a çatdığı bildirilib.

Xabarovskla bərabər mitinqlər Komsomolk-na-Amurda, Çitada, Maqadanda, Yakustkda, İrkutskda, Novosibirskdə, Cənubi Saxalinskdə və Vladivostokda da baş tutub. Cənubi Saxalinsk və Vladivostokda kütləvi həbslər yaşanıb. Bu şəhərlərdə etirazlara 3 min nəfər qatılıb.

Onlarla OMON-çular arasında qarşıdurma yaranıb. 

Axar.az