Rusiyada fəlakət davam edir – Daha bir şəhər su altında qaldıbackend

Rusiyada fəlakət davam edir – Daha bir şəhər su altında qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Tomsk şəhərində çayın daşması nəticəsində yaranan sel su bəndini aşındırıb.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, Tom çayının daşması səbəbindən çayın sol sahilində yerləşən Kommunal körpünün ərazisində su bəndi dağılıb.

Qeyd edək ki, şəhərin sol sahilində bu körpüyə bitişik olan torpaq bənd Tom və Sennaya Kurya çaylarını bir-birindən ayırır. Hazırda bu bənd qismən dağılıb və Tom çayından gələn su Sennaya Kuryaya axmağa başlayıb.

Bu arada Rusiyanın Kurqan vilayətində daşqınlar səbəbindən 12 min 782 nəfər təxliyə olunub. Ural Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, qarşıdakı 3 gün ərzində Tobol çayında suyun səviyyəsi kəskin artaraq, 850 sm-i keçəcək.