Rusiyada “Google” şirkəti cərimələnibbackend

Rusiyada “Google” şirkəti cərimələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın Taqanski Məhkəməsi Rusiyada qadağan olunmuş məlumatları YouTube-da videoları bloklamaqdan imtina etdiyinə görə Google-u cərimələmək qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki,  bu barədə “RİA Novosti” məhkəmənin mətbuat xidmətinə istinadən xəbər verir.

“Google MMC… 4 milyon rubl məbləğində inzibati cərimə cəzasına məhkum edilib”, – qurumun açıqlamasında bildirilir.

2023-cü ilin dekabrında Google üçüncü dəfə xüsusi əməliyyatla bağlı saxta məlumatları silmədiyi üçün cərimələnib. Bundan əvvəl İT nəhəngi 2021-ci ilin dekabrında (7,2 milyard rubl), 2022-ci ilin iyulunda isə 21,07 milyard rubl cərimələnib.