Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi məhkəməsi hərbi komissarlıqlara artıq hər kəsin müharibəyə çağırıla biləcəyi barədə qərar çıxarıb.
NOCOMMENT xarici KİV-ə istinadən xəbər verir ki, qərarda məhkəmə hərbi komissarlıqların hər kəsi savaşa cəlb etmək hüququ olduğu barədə qənaət hasil edib.
Qeyd edək ki, iyulun 25-də Dövlət Dumasının deputatları hərbi xidmət haqqında qanunu sərtləşdirərək çağırış yaşını 18-dən 30-a qaldırıblar.
Dəyişikliklər çağırışçılara bildiriş təqdim edildikdən dərhal sonra Rusiyanı tərk etməyi qadağan edir.
Rusiya vətəndaşları hərbi komissarlıqların çağırışına gecikməyə görə 3 min rubl əvəzinə 30 min rubl məbləğində cərimələnəcəklər.