Rusiyada hərbi təyyarə yerə çırpıldı, onlarla insan öldü – ANBAAN VİDEObackend

Rusiyada hərbi təyyarə yerə çırpıldı, onlarla insan öldü – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Aerokosmik Qüvvələrinə məxsus İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarənin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi var idi və onlar mübadilə üçün Belqorod vilayətinə aparıldı.

İdarədən verilən məlumata görə, Rusiya Aerokosmik Qüvvələri komissiyası fəlakətin səbəblərini müəyyən etmək üçün qəza yerinə gedib.

İl-76-nın göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülən hərbçilərindən əlavə, 6 ekipaj üzvü və 3 onu müşayiət edən şəxs olub.