Rusiyaya Hindistandan bir milyon əmək miqrantının gəlməsi gözlənilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Ura.ru”ya müsahibəsində Ural Ticarət və Sənaye Palatasının rəhbəri Andrey Besedin məlumat verib.
Xarici mütəxəssislərin göndəriləcəyi bölgələr arasında Sverdlovsk vilayəti də qeyd olunur.
Besedinin sözlərinə görə, regionun sənaye sahəsində kadr çatışmazlığının aradan qaldırılması Hindistan, Şri-Lanka və Şimali Koreyadan miqrantların cəlb olunması ilə həyata keçirilməlidir. Yerli sənaye müəssisələri istehsal gücünü artırmağı planlaşdırır, lakin ixtisaslı kadr çatışmazlığı ciddi şəkildə hiss olunur. UTPP rəhbəri vurğulayıb ki, Hindistan hakimiyyəti ilə bu il ərzində, o cümlədən Sverdlovsk vilayəti üçün, təxminən bir milyon əmək miqrantının göndərilməsi ilə bağlı razılıq əldə olunub.