Rusiyada jurnalistlərə cinayət işi açıldıbackend

Rusiyada jurnalistlərə cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) daha 3 əcnəbi jurnalistə qarşı sərhədi qanunsuz keçməyə görə cinayət işi açıb.

 

NOCOMMENT.az xəbər verir ki, FTX Kursk vilayətinə səfər edən Avstraliyanın ABC kanalının müxbirləri Fletçer Yanq və Ketrin Diessə, habelə rumıniyalı jurnalist Mirça Parbaya qarşı cinayət işi açıb. Xarici jurnalistlər Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçmə cinayəti ilə ittiham olunurlar.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya tərəfi Kursk vilayətinə qanunsuz daxil olmuş 7 xarici jurnalist: CNN-dən Nik Uolş, RAI-dan Stefani Battistini və Simoni Traini, Deutsche Welle-dən Nikolas Konolli, həmçinin Ukrayna KİV-dən Natalya Naqornaya, Diana Butsko və Olesya Borovik barəsində eyni maddə ilə cinayət işi açaraq onları axtarışa verib.