Rusiya şirkətlərində kadr çatışmazlığı ilk dəfə sorğunun keçirildiyi 1998-ci ildən bəri ən yüksək həddə çatıb.
NOCOMMENT.az “sözcü”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının apardığı araşdırmalar nəticəsində məlum olub.
Rusiya iqtisadiyyatı qərb ölkələri tərəfindən tarixdə tətbiq edilən ən əhatəli sanksiyalara uyğunlaşmağa çalışsa da, Ukrayna müharibəsi səbəbindən Rusiyada əmək bazarında görünməmiş kadr çatışmazlığı var.
Sanksiyalar Rusiyada bir çox sektora mənfi təsir göstərsə də, şirkətlər alternativ bazarlara üz tutaraq iqtisadi itkiləri azaltmağa çalışır.
Lakin Ukrayna müharibəsi ilə əlaqədar cəbhəyə gedən və ya səfərbərlik üçün Rusiyanı tərk edən yüz minlərlə vətəndaşın yaratdığı kadr çatışmazlığı hökuməti və şirkətləri narahat edən əsas problemlərdəndir.
Rusiyanın xarici ölkələrdən ixtisaslı işçilər cəlb etməkdə çətinlik çəkdiyi bir vaxtda xüsusilə şirkətlər əhəmiyyətli artıma nail ola bilmir və yeni investisiyalar qoymaqda çətinlik çəkirlər.