Rusiyada koronavirus peyvəndi pulsuz olacaqbackend

Rusiyada koronavirus peyvəndi pulsuz olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Səhiyyə naziri Mixail Muraşko bildirib ki, ölkədə koronavirus infeksiyası əleyhinə peyvənd üçün hər hansı ödəniş olmayacaq.

NOCOMMENT.az RİA Novostiyə istinadən xəbər verir ki, Mixail Muraşko jurnalistlərə açıqlamasında bu barədə məlumat verib.

“Biz koronavirus peyvəndlərinin xərclərinin tamamilə büdcədən ödənilməsini planlaşdırırq. Müvafiq olaraq, vaksinləmə sxemi hamıya məlumdur – o, planla olacaq”

Qeyd edək ki, nazir daha əvvəl Rusiyada koronavirus infeksiyası əleyhinə kütləvi peyvəndləmənin oktyabr ayı üçün planlaşdırıldığını açıqlayıb. Qamaleya mərkəzi tərəfindən hazırlanmış vaksinin kliniki sınaqları artıq başa çatıb, indi vaksinin qeydiyyatı üçün sənədlər paketi hazırlanır.