Rusiyada kredit piramidaları yaranmağa başlayıbbackend

Rusiyada kredit piramidaları yaranmağa başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sberbank on kredit-maliyyə piramidası müəyyən edib ki, bunun nəticəsində artıq 2,3 min insan zərər çəkib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədr müavini Stanislav Kuznetsov məlumat verib.

Onun qeyd etdiyi kimi, əvvəllər fırıldaqçılar insanlara əsassız olaraq yüksək gəlir vəd edərək pullarını cəlb etməyə çalışırdılarsa, indi fırıldaqçılar öz adlarına kredit götürməyi təklif edirlər.

“Hazırda biz on belə piramida üzərində işləyirik. Artıq 2,3 min belə dələduzluq qurbanı haqqında məlumatımız var”, – deyə Kuznetsov RİA Novosti-yə müsahibəsində vurğulayıb.

Dələduzluğun mahiyyəti ondan ibarətdir ki, dələduz zərərçəkmişi mükafat üçün onun adına kredit götürməyə razı salır. Həmin şəxs borc götürdüyü pulun böyük hissəsini fırıldaqçıya köçürür, o, az bir hissəsini qurbana buraxır və guya krediti ödəmək üçün hər ay pul köçürəcəyini vəd edir.