Rusiyada kütləvi zəhərlənməyə görə azərbaycanlılar həbs edildi – VİDEObackend

Rusiyada kütləvi zəhərlənməyə görə azərbaycanlılar həbs edildiVİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi Rusiyanın Orenburq vilayətində saxta spirtli içkidən xeyli sayda insan zəhərlənərək dünyasını dəyişib.

NOCOMMENT.az Rusiya mətbuatına istinadla xəbər verir ki, saxta içki satışı ilə bağlı 9 nəfər şübhəli şəxs saxlanılıb. Məlumatda saxlanılanlardan 3-ünün azərbaycanlı olduğu qeyd olunur.

1992-ci il təvəllüdlü Babazadə Şirvan Səxavət oğlu, 1986 və 1987-ci il təvəllüdlü Əliyev soyadlı şəxslər də daxil olmaqla saxlanılanlar barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, saxta spirtli içki səbəbindən zəhərlənən 54 nəfər hazırda xəstəxanadadır.Yeniavaz