Rusiyada meşə yanğınları – Yanğının sahəsi böyüyürbackend

Rusiyada meşə yanğınları – Yanğının sahəsi böyüyür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Yakutiya Respublikasında aktiv meşə yanğınlarının sahəsi təxminən 460 min hektar təşkil edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə respublikanın ekologiya, təbiətdən istifadə və meşə təsərrüfatı nazirliyi məlumat yayıb.

Bildirilib ki, 164 meşə yanğını qeydə alınıb ki, onların da sahəsi 459 min 504 hektardır. Son 24 saat ərzində isə 33 meşə yanğını aşkar edilərək söndürülüb.

Məlumat üçün bildirək ki, Yakutiya ölkənin ən çox yanğın təhlükəsi olan bölgələrindən biridir. Respublikada ümumi meşə sahəsi 256,1 milyon hektardır. Bu da ərazinin 83,4 faizi deməkdir.