Rusiyada müsəlman məhbuslara işgəncə və təcavüz faktlarının ÜSTÜ AÇILDIbackend

Rusiyada müsəlman məhbuslara işgəncə və təcavüz faktlarının ÜSTÜ AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Federal Penitensiar Xidmət (FPX) zabitlərinin məhbuslarla işgəncə faktları bitmir. Hət gün yeni təcavüz və işgəncə faktları üzə çıxır.

NOCOMMENT.az xəbər verir ki, Qulagu.net-in hüquq müdafiəçiləri FPX zabitlərinin illərlə müsəlmanları işgəncə ilə zorladığını və alçaltdığını, zorakılığın dayandırılması üçün 10 milyon rubl tələb etdiklərini bildiriblər.

“Kapo sadistləri müsəlmanları vəhşicəsinə döyüb işgəncə veriblər, İrkutsk və Saratov işgəncə kameralarında zorlayıblar, Quranı cırıblar, zorlamanı videoya çəkiblər, FPX əməkdaşları onlardan namaz xalçalarını alıb, döyüb bağlayıblar, kapolar onların ağzına qaynar donuz bulyonu töküblər. Onların sinə üzərində xaç qoyublar – və bu faktlara görə, möminlərin hisslərini təhqir edən heç bir cinayət işi yoxdur”.

Qeyd edək ki, bir müddət öncə FPX-də məhbusları zorlama, alçaltma, işgəncə vermə faktları ilə bağlı tükürpədən videolar yayılıb.

konkret.az