Rusiyada müsəlmanlar bayram namazını küçədə qıldıbackend

Rusiyada müsəlmanlar bayram namazını küçədə qıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskvada məscidlərə sığmayan minlərlə müsəlman Ramazan bayramı namazını küçələrdə qılıb.

NOCOMMENT xəbər verir ki, müsəlmanlar səhər saatlarından paytaxtdakı Abidə məscidi və Tarixi məscidə, xüsusən də Moskva Mərkəzi Məscidinə axışıb.

Moskva vilayətində 30-dan çox məntəqədə bayram namazı üçün xüsusi sahə hazırlanıb.

Paytaxtdakı məscidlərdə namaz qılmaq istəyənlər ətrafdakı metro stansiyalarında və küçələrdə sıxlıq yaradıblar.