Rusiyada neft və təbii qaz hasilatı statistikası dərc edilməyəcəkbackend

Rusiyada neft və təbii qaz hasilatı statistikası dərc edilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hökumətinin neft və qaz hasilatı statistikası ilə bağlı qərarı ölkənin hüquqi informasiya sistemində dərc olunub.

NOCOMMENT.az xəbər verir ki, müvafiq olaraq, Rusiyanın neft və təbii qaz hasilatı ilə bağlı statistika 2024-cü il aprelin 1-dək açıqlanmayacaq.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin fevral ayında imzaladığı qanun Rusiya hökumətinə istənilən rəsmi statistikanı gizlətmək səlahiyyəti verib.

Bundan əlavə Rusiya Federal Statistika İnstitutu (Rosstat) 2022-ci ilin aprelində ölkənin xarici ticarət məlumatlarının dərcini dayandırmaq qərarına gəlib.

NOCOMMENT.AZ