Rusiyanın Tuapse şəhərində yerləşən “Rosneft” zavodunun ərazisində güclü yanğın baş verib.
NOCOMMENT.az oxu.az-a istinadən məlumat verir ki, gecə saatlarında neft bazasının ərazisində vakuum qurğusu yanıb. Yanğının sahəsi 200 kvadratmetr olub.
Qeyri-rəsmi məlumatlara görə, yanğın PUA-nın zərbəsindən sonra başlayıb.
Qeyd edək ki, şəhərdə hava hücumu xəbərdarlığı elan edilib.