Rusiyada ova gedərkən itkin düşən nazir TAPILDIbackend

Rusiyada ova gedərkən itkin düşən nazir TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Omsk vilayətinin səhiyyə naziri tapılıb.

NOCOMMENT-in unikal.org-a istinadən verdiyi məlumata görə, mayın 7-də Bolşeukovsk rayonunda meşədə itkin düşən nazir Alkesandr Muraxovskinin sağ-salamat tapıldığı barədə region hökumətindən bildirilib.

Onun vəziyyətinin normal olduğu, rayon xəstəxanasında müayinədən keçdiyi açıqlanıb. İlkin məlumata görə, nazir özünü yaxşı hiss edir.