Rusiyada prezident mühafizəsinin polkovnik-leytenantı intihar edibbackend

Rusiyada prezident mühafizəsinin polkovnik-leytenantı intihar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federal Mühafizə Xidmətinin (FMX) polkovnik-leytenantı Moskvada intihar edib.

NOCOMMENT rus mediasına istinadən xəbər verir ki, Tsander küçəsində (Ostankino rayonu) Rusiya Federasiyası Federal Mühafizə Xidmətinin əməkdaşı, şöbə müdirinin müavini, polkovnik-leytenantın meyiti tapılıb.

Mənbənin dediyinə görə, zabitin evində son addımını könüllü atmağa qərar verdiyi barədə intihar məktubu tapılıb.

Buna baxmayaraq, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparacaq.

FMX – əsas funksiyası prezident də daxil olmaqla yüksək vəzifəli məmurların, habelə federal orqanların binalarının təhlükəsizliyini təmin etəməkdir.