Rusiyada qayığın batması nəticəsində 3 nəfər itkin düşübbackend

Rusiyada qayığın batması nəticəsində 3 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xilasedicilər Tatarıstanda qayığın batması nəticəsində itkin düşən 3 nəfəri axtarır.

NOCOMMENT.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsinin Telegram kanalında məlumat verilib.

Oktyabrın 11-də fövqəladə hallar xidmətinə beş nəfərin Çistopol şəhərində Kama çayına motorlu qayıqla getdiyi və bir daha geri qayıtmadığı barədə məlumat daxil olub. Təcili yardım xidmətləri bütün gecə ərazini axtarsalar da, nəticə verməyiblər.

Ertəsi gün qayıq stansiyasının mühafizəçisi qayıq qəzasından möcüzəvi şəkildə sağ çıxan, yaxınlıqdakı adaya yollanan iki qadının xahişi ilə xilasediciləri çağırıb və hadisə barədə məlumat verib. Çistopol Yanğın və Xilasetmə Qarnizonunun əməliyyat qrupu əməliyyatı davam etdirir.

İyun ayında Krasnoyarsk diyarında qayıqla gəzinti zamanı iki nəfər həlak olub. Onlar evdə hazırlanmış qayıqda raftingə getmişdilər.