Rusiyada qeyri-dost ölkələrə məxsus aktivlər…backend

Rusiyada qeyri-dost ölkələrə məxsus aktivlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin ölkəsində qeyri-dost ölkələrə məxsus aktivlərə qəyyumların təyin edilməsinə icazə verib.

NOCOMMENT xəbər verir ki, Rusiyada başda ABŞ olmaqla, dost olmayan ölkələrin aktivlərinə qəyyum təyin edilməsinə icazə verən fərmanda sözügedən aktivlərə nəzarət Rusiya Federal Dövlət Əmlakının İdarə Olunması Agentliyi tərəfindən həyata keçiriləcək.

Bu kontekstdə sərəncamda Almaniyanın Uniper və Finlandiyanın Fortum şirkətlərinin Rusiyadakı aktivlərinin idarə olunması üçün müvəkkil təyin edildiyi bildirilib.

Uniperin Rusiyada beş geotermal elektrik stansiyası, Fortumun yeddi geotermal elektrik stansiyası, eləcə də müxtəlif elektrik enerjisi istehsalı və paylama sərmayələri var.