Rusiyada qəza zamanı helikopterin göyərtəsindəki 22 nəfərin hamısı həlak olub – YENİLƏNİBbackend

Rusiyada qəza zamanı helikopterin göyərtəsindəki 22 nəfərin hamısı həlak olub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada qəza zamanı helikopterin göyərtəsindəki 22 nəfərin hamısı həlak olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın operativ qurumları məlumat yayıb.

Bildirilir ki, helikopterin aşkarlanmış qalıqları qəza nəticəsində sağ qalanların olmadığını söyləməyə əsas verir.

Qeyd edək ki, göyərtəsində 22 nəfər olan Mi-8 helikopteri avqsutun 31-də Kamçatkada Vaçkajets vulkanı yaxınlığında radarlardan itib.

Məlumata görə, helikopterdə 3 ekipaj üzvü, 19 turist olub.

Rusiya Futbol İttifaqının maliyyə direktoru Arseniy Zamyatinin də helikopterdə turistlər arasında olduğu bildirilir.

***

12:20

 

Rusiyanın Kamçatka vilayətində avqustun 31-də radardan itmiş helikopterin qalıqları tapılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Helikopterin qəzaya uğradığı açıqlanıb.

Qeyd edək ki, göyərtəsində 22 nəfər (üç ekipaj üzvü və 19 sərnişin) olan Mi-8 helikopteri Kamçatkada Vaçkajets vulkanı yaxınlığında radarlardan itib.