Rusiyanın Primorski diyarının vitse-qubernatoru Sergey Yefremov xüsusi hərbi əməliyyat zonasında ölüb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Primorski diyarının qubernatoru Oleq Kojemyako bildirib.
Yefremovun əməliyyatdan avtomobillə qayıdarkən başqa bir zabitlə Kursk vilayətində minaya düşərək həlak olduğu bildirilib.