Rusiyada Şamil Basayevin dəstəsinin üzvləri saxlanıldılarbackend

Rusiyada Şamil Basayevin dəstəsinin üzvləri saxlanıldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Şamil Basayevin dəstəsinin iki üzvünü saxlayıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə FTX-nin Mətbuat xidməti məlumat yayıb.

Saxlanılanların 1999-cu ildə Dağıstanda təşkil olunan və 280-dən çox insanın ölümü ilə nəticələnən Botlix bölgəsinə terror hücumunun iştirakçısı olduğu bildirilib.

“Rusiya Federasiyası FTX, Rusiya DİN, Rusiya Federasiyası İstintaq Komitəsi və Rusiya Qvardiyasının hərbi dəstəyi ilə birlikdə 1999-cu ilin avqust ayında Botlix rayonunda baş verən silahlı hücumun iştirakçıları, Stavropol bölgəsinin yerli sakinləri – 1975-ci il təvəllüdlü Maylubayev Rəsul və 1977-ci il təvəllüdlü Yakubov Zakir tutularaq ilkin istintaq orqanına gətirilib”, – deyə açıqlamada bildirilib.

Xatırladaq ki, 1999-cu ilin avqust ayında Botlix bölgəsinə quldurların hücumu zamanı 280-dən çox adam həlak olmuş və 800-dən çox hərbi qulluqçu, hüquq-mühafizə orqanı zabiti və mülki şəxs yaralanmış, Dağıstan iqtisadiyyatına ciddi ziyan dəymişdi.