Rusiyada səfərbərliyə qarşı etiraz – Yüzlərlə şəxs saxlanıldıbackend

Rusiyada səfərbərliyə qarşı etiraz – Yüzlərlə şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 21-də Rusiyada elan edilən qismən səfərbərliyə qarşı etiraz aksiyaları keçirilib.

NOCOMMENT.az “Meduza”ya istinadən xəbər verir ki, Rusiyanın müxtəlif şəhərlərində təşkil olunan aksiyalarda 930-a yaxın şəxs saxlanılıb.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, həbslər 38 şəhərdə həyata keçirilib. Saxlanılanların əksəriyyəti Moskva (361 nəfər), Sankt-Peterburq (320 nəfər) və Yekaterinburqda (40 nəfər) qeydə alınıb.

Məlumat üçün bildirək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Bu qərar qonşu Rusiyada böyük etiraz doğurub.

 

modern.az