Rusiyada səhiyyə naziri itkin düşdübackend

Rusiyada səhiyyə naziri itkin düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Omsk əyalətinin səhiyyə naziri Aleksandr Muraxovski itkin düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RBK” məlumat yayıb.

Məlumata görə, nazir mayın 7-də ova gedib. Polisin məlumatına görə, 49 yaşlı Aleksandr Muraxovski həmin gün itkin düşüb. O, Bolşeukovsk rayonunun Pospelovo kəndində yerli vaxtla saat 16:00-da çıxıb və geri qayıtmayıb. Muraxovskinin axtarışı ilə əvvəlcə tanışları, yaxınları məşğul olublar, mayın 8-dən axtarışlara polis əməkdaşları, qvardiya, ov müfəttişləri və yerli sakinlər qoşulublar.

Qeyd edək ki, Muraxovski daha öncə rusiyalı müxalif bloger Aleksey Navalnının zəhərləndikdən sonra gətirildiyi Omsk şəhərinin 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. / Axar.az