Rusiyada tələbələr səfərbərliyə çağırılırlar? – FOTObackend

Rusiyada tələbələr səfərbərliyə çağırılırlar? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada növbəti səfərbərliyin aparılması istiqamətində tədbirlər görülür. Bu dəfə qonşu ölkə əyani təhsil alan tələbələri kütləvi şəkildə səfərbər etmək niyyətindədir.

NOCOMMENT Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatında qeyd edilib.

Qeyd edilib ki, bu məqsədlə Rusiyada hərbi qeydiyyat və komissarlıqlara tələbələrə çağırış vərəqələrinin verilməsində köməklik göstərəcək “zonalar” yaradılıb.

“Novosibirsk Dövlət Pedaqoji Universitetinin, Tomsk Politexnik Universitetinin, Tomsk Dövlət Pedaqoji Universitetinin rəhbərliyi qurumların struktur bölmələrini xəbərdarlıq zonalarında işləmək üçün müəyyən sayda tələbə və işçi ayırmağa məcbur edən sənədlər verib”, – deyə kəşfiyyat hesabatında bildirilib.

Bildirilib ki, bu işə “rəsmi səfərbərliyə tabe olmayan” vətəndaşların cəlb edilməsi nəzərdə tutulub.

“Eyni zamanda, Tomsk Politexnik Universitetində “bölmələrə daxil edilmələri bəzi tələbələrin və işçilərin razılığı olmadan və hətta əvvəlcədən məlumatlandırılmadan baş verir”, – deyə hesabatda qeyd olunub.

“Bölmə”lərə rəhbərlik etmək üçün təhsil müəssisələrinin ali rəhbərliyinin nümayəndələrinin təyin olunduğu məlumdur.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiyada səfərbərlik aprelin 1-dən – hərbi xidmətə yaz çağırışının başlanmasından əvvəl həyata keçiriləcək.