Rusiyada terrorçu zərərsizləşdirildibackend

Rusiyada terrorçu zərərsizləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya təhlükəsizlik qüvvələri “İslam Dövləti” terror təşkilatı tərəfindən Moskva və Həştərxanda hazırlanan terror hücumunun qarşısını alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, həbs zamanı cinayətkarlardan biri zərərsizləşdirilib:

“Terror liderlərinin təlimatı ilə hərəkət edən iki Rusiya vətəndaşı izdihamlı yerlərdə odlu və soyuq silah istifadə edərək Moskva, eləcə də Həştərxan vilayətinin sakinlərinə eyni vaxtda hücum planlaşdırıb”.

Bildirilir ki, Həştərxanda keçirilən əməliyyat zamanı cinayətkar silahlı müqavimət göstərib və cavab atəşi ilə zərərsizləşdirilib. Terror qrupunun digər ikinci üzvü Moskvada tutulub. Silahlıların tutulması və zərərsizləşdirilməsi əməliyyatında xəsarət alan olmayıb.

Qeyd edək ki, terrorçuların yaşayış yerlərində aparılan axtarış zamanı odlu silah və sursat, F-1 qumbarası və dini ekstremist ədəbiyyat aşkar edilib./axar.az