Rusiyada təyyarə QƏZASI: kimsə sağ qalmadıbackend

Rusiyada təyyarə QƏZASI: kimsə sağ qalmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Amur vilayətində qəzaya uğrayan təyyarənin sərnişinlərindən heç biri sağ qalmayıb.

NOCOMMENT.az yerli mediaya istinadla bildirir ki, təyyarənin qalıqları Tyndadan 15 km aralıda, dağ yamacında tapılıb.

Amur vilayətinin qubernatoru Vasili Orlov daha əvvəl bildirib ki, təyyarədə 49 nəfər olub: 43 sərnişin (o cümlədən 5 uşaq) və 6 ekipaj üzvü.

Təyyarə Tynda hava limanına enə bilmədiyi üçün radarlardan itib və ikinci yaxınlaşma üçün ətrafa çıxıb.