Rusiyada təyyarə qəzası: Ölənlər varbackend

Rusiyada təyyarə qəzası: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə Moskva yaxınlığında yerləşən Ruza şəhərindəki “Aeroklassika” klubu ərazisində baş verib.

“Aeroprakt A-22” təyyarəsi yerə çırpıldıqdan sonra alışaraq yanıb. İnsident nəticəsində nəqliyyat vasitəsinin göyərtəsində olan iki nəfər ölüb.

Faciəyə səbəb yandan əsən güclü külək olub. / Oxu.az