Rusiyada uğursuz generallar işdən çıxarıldılar: Suriya cəlladı da aciz qaldıbackend

Rusiyada uğursuz generallar işdən çıxarıldılar: Suriya cəlladı da aciz qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbi komandanlığı Ukraynadakı bir sıra uğursuzluqlara görə iyunun əvvəlindən generalları işdən çıxarır. Kreml yenə də nəticələrin olmamasına görə məsuliyyət daşıyanları seçir və əmr verənlər arasında “təmizləmə” aparır.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb. Qeyd olunur ki, son vaxtlar bir neçə general tutduqları vəzifədən uzaqlaşdırılıb.

Onların arasında Rusiya Federasiyasının Hava-Desant Qoşunlarının komandanı, general-polkovnik Andrey Serdyukov və Cənub bölgələrinin ələ keçirilməsinə nəzarət edən komandir, general Aleksandr Dvornikov da var.

Sonuncu kəşfiyyat məlumatlarına görə, işdən kənarlaşdırılan genralların yerinə “layiqli” bir əvəz tapılıb. Bu, dəfələrlə qəddarlıq və korrupsiyada ittiham olunan Sergey Surovikindir. Rusiya ordusunda əsas rolları məhz bu hərbçilər tutur.

Xatırladaq ki, bir müddət əvvəl Ukraynada desantların çox sayda itkisinə görə Rusiya Federasiyasının hava-desant qoşunlarının komandanlığı vəzifədən kənarlaşdırılıb. Bu barədə ukraynalı zabit Anatoliy Stefan (Ştirlitz) Tvitter-də yazıb. Onun sözlərinə görə, general-polkovnik Andriy Serdyukov Ukrayna müharibəsində uğursuzluğa və desantların kütləvi itkisinə görə komandanlıqdan uzaqlaşdırılıb.

O, həmçinin Rusiya Hava Desant Qüvvələrinin komandirinin dəyişdirilməsini əks etdirən skrinşotlar dərc edib. Rusiya işğalçılarnın yeni komandiri general-polkovnik Mixailo Teplinski təyin edilib. Bununla yanaşı, Rusiyadakı bəzi mənbələrin məlumatına görə, , Rusiya Hava-Desant Qüvvələri komandanının müavini general-leytenant Anatoli Kontsev Baş Qərargah rəisi – Hava Desant Qüvvələri komandanının birinci müavini təyin edilib.

Məlumat üçün qeyd edək ki, Rusiyanın Suriyadakı müharibəsində iştirak edən və bu ölkədəki hərəkətlərinə görə hərbi cinayətkar elan edilən general Aleksandr Dvornikov illər sonra yenidən Ukrayna müharibəsi ilə gündəmə gəlmişdi. Dvornikov aprel ayında Rusiyanın Kiyevə hücumları uğursuzluqla nəticələnəndən sonra Putin tərəfindən bu müharibədə Rusiya ordusuna rəhbər təyin edilmişdi.

Amma bu ayın əvvəllərində onun yoxa çıxması barədə xəbər yayılmışdı. Xəbərdə bildirilirdi ki, Dvornikov iki həftədir gözə dəymir. Yalnız bu günlərdə onun işdən çıxarıldığı məlum olub. Görünür, Suriyada dinc əhalini bombalayıb öldürməkdə uğur qazanan Dvornikov qarşısında Ukrayna ordusunu görüncə aciz vəziyyətə düşüb.