Rusiyada Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri qiyabi həbs edilibbackend

Rusiyada Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri qiyabi həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın Basmannı məhkəməsi Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Malyukun terrorçuluq işi üzrə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi) qiyabi həbsinə qərar verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin Telegram kanalında yer alıb.

“Qətnamədə… 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib”, – mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, həbs müddəti Malyukun Rusiyada saxlandığı və ya Rusiya Federasiyası ərazisinə ekstradisiya edildiyi andan hesablanacaq. Hazırda SBU rəhbəri federal və dövlətlərarası axtarışdadır.

Malyuk barəsində qiyabi həbs qərarına səbəb Kiyevin yarımadadakı partlayışda, həmçinin hərbi müxbir Vladlen Tatarski və İlya Kivanın qətlində, eyni zamanda, Zaxar Prilepinin avtomobilinin partlaması və digər terror aktlarında iştirakını təsdiqləməsi olub.