Rusiyada vəfat edən qazimizin nəşi vətənə gətirildibackend

Rusiyada vəfat edən qazimizin nəşi vətənə gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada vəfat edən Vətən müharibəsi qazisi Elşən Etibar oğlu Həsənovun nəşi artıq vətənə gətirilib.

NOCOMMENT xəbər verir ki, bu barədə axar-a qazinin atası Etibar Həsənov məlumat verib.

O bildirib ki, E.Həsənov doğulduğu Ağcabədi rayonu Qiyaməddinli kəndində dəfn olunacaq: “Hələ hava limanındadırlar. Dövlət tərəfindən təşkil olunan təcili tibbi yardım avtomobili ilə birbaşa evə gətirəcəklər”.

Qeyd edək ki, Rusiyaya işləmək üçün gedən Elşən Həsənovun böyrəklərində problem yaranmışdı. Komaya düşən qazimiz Sankt-Peterburqun Puşkin şəhərindəki özəl klinikalardan birində müalicə alırdı. Qazi avqustun 15-də Sankt-Peterburqda müalicə aldığı xəstəxanada vəfat edib.