Rusiyanın 111 axtarış-xilasetmə aviasiyası nöqtəsində Mi-8 vertolyotları və An-26 təyyarələrinin çatışmazlığı müşahidə olunur.
NOCOMMENT.az xəbər verir ki, bu, qəza və fəlakətlər zamanı zərərçəkənlərə kömək göstərilməsini çətinləşdirə bilər.
Texnikanın olmaması Voronej, Kalininqrad, Yekaterinburq, Novosibirsk, Çita, Kazan, Simferopol, Cənubi Saxalin, Komsomolsk-na-Amur, Nikolaevsk-na-Amur, Rostov-Don, Nijni Novqorod, Jukovski, Qorno-Altaysk və Abakan şəhərlərində qeydə alınıb.
Problemin səbəbi axtarış-xilasetmə işləri üçün dövlət tariflərinin aşağı olmasıdır. Hava şirkətləri bildirirlər ki, cari tariflər işləri rentabelli etmir və texnikanın uçuş vəziyyətində saxlanmasına mane olur. 2025-ci ildə 11 şəhərdə dövlət müqavilələrinə vertolyotlarla iştirakçı tapılmayıb, Abakanda isə tender üç dəfə uğursuzluqla nəticələnib.
Sara









