Rusiyada yaşayan ermənidən iyrənc ƏMƏLbackend

Rusiyada yaşayan ermənidən iyrənc ƏMƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya İstintaq Komitəsinin Krasnodar diyarı üzrə əməkdaşları uşaqlara qarşı cinsi xarakterli zorakılıq hərəkətləri etməkdə şübhəli bilinən Ermənistan vətəndaşını saxlayıb.

NOCOMMENT.az xəbər verir ki, bir müddət öncə Krasnodara köçmüş erməni şəhərin mərkəzində ələ keçirilib.

Məlumata əsasən, ilk hadisə Rostov şosesində baş verib. Belə ki, şirniyyat üçün mağazaya gedən oğlan şübhəli şəxsin qurbanı olub. Uşaq baş verənlər haqqında evə qayıdandan sonra anasına danışıb.

Şübhəli şəxs cinsi əlaqəyə girmək müqabilində ona pul və şirniyyat təklif edib. Uşağın anası oğlunun baş vermiş hadisə ilə bağlı ona danışdıqlarından sonra internet vasitəsilə məlumat yayıb və ərizə ilə polisə müraciət edib.

“Oğlan şübhəli şəxsi tanıyıb. Hazırda o, saxlanılıb. Uşaqla psixoloq işləyib. Saxlanılan şəxsin Krasnodarda artıq Rusiya vətəndaşlığını almış qardaşı var. Onun iki övladı və hamilə arvadı da var”, – məlumatda bildirilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, şübhəli şəxsi 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.