NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər ki, 2024-cü ilin iyulunda Rusiyada Tula vilayətindəki Haval zavodunda restaylinq edilmiş F7 krossoverlərinin istehsalına başlanılacaq. Bu barədə avtomobilin şəkillərini dərc edən “Autopotok” Telegram kanalı məlumat yayıb.
Yenilənmiş Haval F7 panoramik dam, qara tavan, mərkəzi konsolda “start” düyməsi və açarlıqdan idarə olunan elektrik beşinci qapı alıb. Rəqəmsal tablosunun və multimedia sisteminin ekranlarının ölçüləri artıb və onların həndəsi konfiqurasiyası dəyişib. Krossover həmçinin aşağı əyilməsiz dairəvi sükana malikdir; sükan çarxında S düyməsi də peyda olub, mühərrik gücü artırılıb.
Avtomobil 217 at gücü hasil edən iki litrlik mühərriklə təchiz edilib. Qeyd olunur ki, yeni məhsul hələ Çində satışa çıxarılmayıb, model hazırda sertifikatlaşdırmadan keçir.