Rusiyadakı xarici agentlərin sayı mini keçibbackend

Rusiyadakı xarici agentlərin sayı mini keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada indiyə qədər xarici agent kimi tanınan şəxslərin sayı mini keçib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin məlumat bazasında deyilir.

Reyestr mayın 30-da yeniləndikdən sonra Rusiyada xarici agent kimi tanınan şəxslərin sayı 1004-ə çatıb.

Rusiya Federasiyasında xarici agentlər haqqında qanun 2022-ci ilin dekabrında qüvvəyə minib. Belə statusu xarici maliyyə dəstəyi və ya xarici təsir üçün şəxs və ya hüquqi şəxs əldə edə bilər.