Rusiyadan 333 Kanada vətəndaşına qarşı sanksiyabackend

Rusiyadan 333 Kanada vətəndaşına qarşı sanksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi siyasi məmurlar da daxil olmaqla 333 Kanada vətəndaşının ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamada Kanada rəhbərliyinin davamlı olaraq Rusiya rəsmiləri, siyasətçiləri, jurnalistləri, ekspertləri və idmançılarına sanksiya tətbiq etdiyi bildirilib.

Bu səbəbdən 333 kanadalı sanksiya siyahısına salınıb və onların Rusiyaya girişinə “daimi” qadağa qoyulub.

Siyahıya müxtəlif səviyyəli siyasətçilər, eləcə də parlament üzvləri, fəallar və idmançılar daxil edilib.

NOCOMMENT.AZ