Rusiyadan alınan metro qatarlarının gətirilməsi təxirə salınıbbackend

Rusiyadan alınan metro qatarlarının gətirilməsi təxirə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” QSC-nin Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən aldığı yeni qatarların ölkəyə gətirilməsi bu ilin sonuna qədər təxirə salınıb.

NOCOMMENT xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Bakı metrosundan bildirilib.

Qurum bəyan edib ki, Rusiya tərəfi ilə aparılmış sonuncu danışıqlara əsasən, yeni alınacaq qatarların istehsalının bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub: “2019-cu ildə bağlanmış müqaviləyə əsasən, 2022-ci ildə “Metrovaqonmaş” Bakı metrosu üçün hər biri 5 vaqondan ibarət olan müasir tipli 4 qatar istehsal etməlidir. Regionda mövcud vəziyyət nəzərə alınaraq, “Bakı Metropoliteni” vaqonların istehsalı ilə bağlı məsələni qarşı tərəflə müntəzəm və hərtərəfli müzakirələrdə diqqətdə saxlayır. Bu xüsusda “Metrovaqonmaş” 4 qatarın Bakı metropoliteninə təhvil verilməsi üzərində iş aparır və uzun illərin qarşılıqlı səmərəli əməkdaşlıq ənənələrinə uyğun olaraq, bunun üçün bütün imkanlarından istifadə etməyə çalışır”.

Xatırladaq ki, sözügüdən qatarlar avqustun 1-nə qədər təhvil verilməli idi.