Rusiyadan Azərbaycan-Ermənistan sərhədindəki durumla bağlı AÇIQLAMAbackend

Rusiyadan Azərbaycan-Ermənistan sərhədindəki durumla bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın dövlət sərhədinin Kəlbəcər istiqamətindəki gərginləşmə ilə bağlı açıqlama yayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözüçü Mariya Zaxarova məlumat verib.

“Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri münaqişənin hərbi yolla həllindən çəkinməyə çağırır”, – sözçü bildirib.

O, gərginlikdən qaçmağın əsas həllini sərhədin delimitasiya-demarkasiya prosesinin başlanmasında görüb. Sözçü qeyd edib ki, bu məsələdə Rusiya hərtərəfli yardım etməyə hazırdır.