Rusiyadan Cənubi Koreyaya LNG tədarükü 2 dəfə artıbbackend

Rusiyadan Cənubi Koreyaya LNG tədarükü 2 dəfə artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya yanvarda Rusiyadan 252 min ton mayeləşdirilmiş təbii qaz (LNG) alıb.

NOCOMMENT.az xəbər verir ki,“İnterfaks” bu barədə gömrük məlumatlarına istinadən yazıb.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Cəmi bir ay ərzində Cənubi Koreya 4,912 milyon ton LNG idxal edib ki, bu da ötən yanvar ayı ilə müqayisədə 3% və ya təxminən bir qaz tankeri azdır.

Cənubi Koreyanın ən böyük qaz idxalçısı olan Avstraliyadan LNG tədarükünün həcmi demək olar ki, dəyişməyərək 1,18 milyon ton (-3%) olub. Bu arada ABŞ-dan yanacaq tədarükü 34% artaraq 691 min tona, Qətərdən isə 32% artaraq 818 min tona çatıb.

Bundan əvvəl Avropa İttifaqı bəyan etmişdi ki, müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatdıqdan sonra Rusiyadan qaz tranziti ilə bağlı sazişi müddətini uzatmağı planlaşdırmır. Eyni zamanda, Avropa Komissiyası Rusiya qazını alan ölkələr üçün alternativ həll yolu tapacağını vəd edib.