Rusiyadan Çerniqov bombardmanı! Çoxlu ölü və yaralı varbackend

Rusiyadan Çerniqov bombardmanı! Çoxlu ölü və yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusunun Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində 5 nəfər ölüb, 37 nəfər yaralanıb.

NOCOMMENT xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Ukrayna Daxili İşlər Nazirliyindən verilən açıqlamada Rusiya ordusunun Ukraynanın şimalındakı Çerniqov şəhərinə raket hücumu təşkil etdiyi bildirilib. Raketin meydançaya düşməsi nəticəsində 5 nəfərin həyatını itirdiyi, 11-i uşaq olmaqla 37 nəfərin yaralandığı bildirilib. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada meydandakı teatr binasının damının uçduğu, ətrafdakı mağazalara ziyan dəydiyi bildirilib.