Rusiyadan Ermənistana pul axını artdıbackend

Rusiyadan Ermənistana pul axını artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin iyul-sentyabr aylarında Rusiyadan Ermənistana əmək miqrantlarının pul köçürmələri koronavirusa qarşı məhdudiyyətlərin yumşaldılması fonunda kəskin artıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu məlumatı RİA Novosti yayıb. Məlumata görə, keçən ilin ikincin rübündə pul köçürmələrinin dinamikasından neqativlik yalnız Ermənistan və Özbəkistana göndərilən vəsaitlərdə qeydə alınmayıb.

İkinci rübdə Ermənistana köçürülən vəsaitlərdə 4,4%, Özbəkistana isə 18,8% artım müşahidə edilib. Bu dövrdə Azərbaycana transfertlər 16% azalıb.

Üçüncü rübdə Ermənistana transfertlər 27,3% artaraq 162,8 milyon dollara qədər yüksəlib. Azərbaycana isə bu dövrdə pul köçürülməsi ikinci rüblə müqayisədə 22,9% çox olub və 204,5 milyon dollar təşkil edib.