Rusiyadan flaş iddia: Müharibə tərsinə çevrildi?backend

Rusiyadan flaş iddia: Müharibə tərsinə çevrildi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremldən verilən açıqlamada Ukrayna təxribat qrupunun Rusiya ərazisinə hücum etdiyi iddia edilib.

NOCOMMENT.az xəbər verir ki, Rusiyanın Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz səhər saatlarında Ukrayna təxribat qrupunun Ukrayna-Rusiya sərhədindəki kəndlərə soxulduğunu, təxribatçıların mülki avtomobilə təşkil etdiyi hücumda 1 nəfərin öldüyünü, 10 yaşlı uşağın isə yaralandığını açıqlayıb.

Kremlin sözçüsü Dmitri Peskov hadisəni terror hücumu kimi qiymətləndirib və hücum edənlərin zərərsizləşdirilməsi üçün əməliyyatın davam etdiyini bildirib. Rusiya prezidenti Vladimir Putin hadisənin terror aktı olduğunu bəyan edib.

Rusiya Federal Təhlükəsizlik Xidməti hücumu təsdiqləsə də, yerli mətbuatda ən azı 6 nəfərin diversantlar tərəfindən girov götürüldüyü bildirilib.

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak isə Rusiyanın iddialarını təkzib edərək bildirib: “Rusiyadakı Ukrayna təxribat qrupu haqqında danışılan hekayə klassik təxribatdır”.

Podolyak Rusiyanın öz hücumlarına və müharibədən sonra artan yoxsulluğa haqq qazandırmaq üçün öz xalqını qorxutmaq istədiyini bildirib.

NOCOMMENT.AZ