Gürcüstan ərazisində pis hava şəraiti ilə əlaqədar bütün nəqliyyat növlərinin hərəkəti yenidən məhdudlaşdırılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Şimali Osetiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti Telegram-da məlumat yayıb .
“Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar noyabrın 21-i saat 20:40-dan etibarən Vladiqafqaz şəhəri ilə Lars qəsəbəsi arasındakı ərazidə Rusiya Federasiyasından çıxış istiqamətində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib”, – mesajda bildirilir.
Məlumata görə, məhdudiyyətlərin növbəti xəbərdarlığa qədər tətbiq ediləcək.
Qeyd edək ki, Kazbegi-Verxniy Lars sərhəd-keçid məntəqəsi Gürcüstan və Rusiyanın quru sərhədində hazırda fəaliyyət göstərən yeganə buraxılış məntəqəsidir.